07.07.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı 06.07.2022-ci il Diyarşünaslığın təbliği ilə bağlı “Gəncənin Ziyalı qadınları” kitabının təqdimatını keçirdi. Tədbirdə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. MKS-nin 19 saylı kitabxana filialının müdiri Elza Əliyeva tədbiri açıq elan etdikdən sonra “Gəncənin Ziyalı qadınları” adlı kitab haqqında geniş məlumat verdi. Göy-göl rayon 8 mart adına orta məktəbin Azərbaycan dili ədəbiyyat müəlliməsi Validə Hüseynova “Həyat, sevgi və tərbiyə mənbəyi qadınlarımız”, MKS-nin 19 saylı kitabxana filialının fəal oxucularından Zeynəb Əliyeva “Milli mənəvi dəyərlərimizin işığında “, Brilyant Əliyeva “Azərbaycan elminin şərəfini ucaldanlar”, “Şəhid anaları dözüm heykəlidir”,” Milli qanunlarımız, milli varlığımızdır”, “Milli təhsilimizin inkişafı naminə” , Gəncə şəhər Tibb Kolleçinin müəlliməsi həkim Zarema Hüseynova “Səhiyyəmizin çiçəklənməsi yolunda” kitabın içindəki başlıqları təqdim etdilər. Maarifləndirmə məqsədilə keçirilən kitab təqdimatı iştirakçılarda xoş təəsürat yaratdı.